19 May 2017 11:20
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın NyuYork şəhərində avtomobilini piyadaların üstünə sürən şəxs polisə qulağına səslər gəldiyini və öləcəyini düşündüyünü bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nəticədə 18 yaşlı qız ölüb, 20-dən çox insan yaralanıb.

Hadisə yerindən qaçmağa çalışarkən polis tərəfindən saxlanılan 26 yaşlı Riçard Rohasın içkili olmadığı məlum olub. Hazırda polis narkotikdən istifadə edib-etmədiyi barədə analizin nəticəsini gözləyir. Hüquq mühafizə orqanlarının əməkdaşların biri Hərbi Dəniz Qüvvələrinin veteranı olan Rohasın ötən həftə də notarial idarənin əməkdaşını bıçaqla hədələdiyini deyib. Rohas bu hərəkətini onu kiminsə izlədiyindən şübhələndiyi üçün etdiyini bildirmişdi.

R.Rohasın dostları onun hərbi xidmətdən qayıtdıqdan sonra özünü qəribə apardığını, internetdə qəribə şeylər yazdığını və maddi problemlərinin olduğunu deyiblər.

Hazırda hadisənin terror aktı olub-olmadığı araşdırılır.


Müəllif: Kəmalə

Oxşar xəbərlər