Bu barədə "Report" özünün Qərb bürosuna istinadla xəbər yayıb.
Məlumatına görə, hadisə saat 15:00 radələrində Bakı-Qazax maqistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə 5 nəfər ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
***
“Hundai” markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub.
Həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb.
Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.
***
Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məlum olub.
APA-nın məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
Qəzada həyatını itirənlərin hamısı Maliyyə-İqtisad Kollecinin tələbələri və İmişli rayon sakinləridir.