Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şirkətdə vəkil vəzifəsində çalışan Li Çjao və Su Xenin polis tərəfindən saxlanıldığı iddia edilir.
Məlumatlara görə, onlar fabrikdə əmək şəraitinin gizli araşdırılması ilə məşğul olub.
Şirkətin daha bir əməkdaşı Xua Xayfen isə polis tərəfindən saxlanılıb. Bununla bağlı onun həyat yoldaşı Den Quylyan məlumat verib. O bildirib ki, Xayfenlə əlaqə saxlamağa və görüşməyə imkan verilmir.
Şirkətin rəhbərlərindən biri Li Dzyan da olayı təsdiqləyib. Onun sözlərinə görə, vəkillərə bir neçə dəfə zəng etməyə çalışsalar da, bu, mümkün olmayıb.