3 İyun 2017 01:28
2 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD üzvləri tərəfindən qaçırılıb seks köləsinə çevrilən iraqlı Nadiyə Murad adlı qadın yaşadığı kəndə geri qayıdıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İraq polisi və rəsmilər Nadiyəni xüsusi mərasimlə qarşılayıb.

İraqın şimal-qərbində İŞİD tərəfindən qaçırılan 7000 qadın və qızdan biri olan Nadiyə Murad Sincar yaxınlarındakı Koço kəndinə yaşayırmış. O, İŞİD-çilər tərəfindən Mosulda aylarla təcavüz və işgəncəyə məruz qalıb.

İŞİD qüvvələrinin əlindən xilas olan Nadiyə Murad yaşadığı kənddəki məktəbinə gedib. Göz yaşına saxlaya bilməyən Nadiyə daha 3500 qadının seks köləsi olduğunu deyib:

“Düşünürdük ki, bizi də kişilər kimi öldürəcəklər. Lakin avropalılar, səudiyyəlilər, tunislilər və digər ölkələrdən gəlib İŞİD-ə qoşulan əsgərlər bizə təcavüz etdi və bizi satdılar”.

O, bölgədə 7 kütləvi məzarlığın olduğunu bildirib. Nadiyə yaşadıqlarını qələmə alacağını və bu ilin sonunadək kitabını nəşr edəcəyini deyib.

Kəmalə


Müəllif: Teleqraf.com