Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com verilən məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.