Azərbaycanın işğal altında olan Ağdərə rayonunda yerləşən düşmən hərbi hissələrindən birində erməni hərbçilər arasında kütləvi qida zəhərlənməsi baş verib.
Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, onlar Ağdərə hospitalına yerləşdirilib.
Zəhərlənən hərbçilərin sayı açıqlanmayıb. 7 hərbi qulluqçunun vəziyyəti ağır kimi qiymətləndirilir.