8 Avqust 2017 14:42
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqsutun 7-də Hirkan Milli Parkının Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazisində baş verən yanğın bu gün saat 12:30 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində tamamilə söndürülüb.

ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, yanğın baş verən ərazi yüksək dağ massivində yerləşdiyindən alovun ram edilməsi üçün mümkün olan bütün vasitələrdən, xüsusən əl əməyindən istifadə edilib. Təxminən 1 hektar ərazini əhatə edən yanğın zamanı yaş ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Ərazidə nazirliyin əməkdaşları tərəfindən 24 saatlıq növbətçilik rejimi təşkil edilib.

Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Hirkan Milli Parkı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər