Fars körfəzində İraqa məxsus gəminin digər yük gəmisi ilə toqquşması nəticəsində 20 dənizçi ölüb.
Teleqraf.com xəbər verir ki, “Əl-Misbar” adlı gəmi Xor-Abdalla kanalında “Royal Arsenal” adlı yük gəmisi ilə toqquşub.
Qəza nəticəsində 20 nəfər ölüb, 11 nəfəri isə xilas etmək mümkün olub. “Royal Arsenal” gəmisi Sent Vinsent və Qrenadin dövlətinin bayrağı ilə üzüb.