3 Sentyabr 2017 08:05
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü Moskvaətrafında- Balaşixidə təlim uçuşu edən AN-2 təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com-un Rusya mətbautına istinadla verdiyi xəbərə görə, təlim zamanı təyyarənin pilotu idarəetməni itirib. Nəticədə təyyarə yerə çırpılaraq, yana-yana hissələrə ayrılıb.

Nəticədə ekipajın iki üzvü həyatını itirib.

Qeyd edək ki, bu, Moskva vilayətində birinci aviaqəza deyil. Ötən yazda da YK-18 təyyarəsi Borodinski kəndindən bir qədər aralıdakı meşə zolağında qəzaya uğramışdı. O zaman da təyyarədə olan insanların həyatını xilas etmək mümkün olmamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər