Parisin “Porte de Vincennes” və “Nation” metro stansiyaları arasında partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisədən dərhal sonra hər iki stansiyada insanlar evakuasiya edilib.
İlkin ehtimallara görə, partlayışa səbəb mexaniki problem olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Ölən və ya yaralılar haqqında məlumat verilmir.