Bakının Qaradağ rayonunda gənclər arasında kütləvi dava olub. Teleqraf.com xəbər verir ki, rayonun Müşviqabad qəsəbəsində bir qrup gənc arasında mübahisə yaranıb.
Mübahisə sonda davaya çevrilib, 1992-ci il təvəllüdlü Emil Əhmədov və həmyaşıdı Rəvan Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Onların hər ikisinin vəziyyəti ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.