23 Sentyabr 2017 23:34
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə, taxtadan ibarət arakəsmə divarları 25 m2 sahədə yanıb.

Yüksək temperaturdan 2 otaq və dəhliz 40 m2 sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com