Ankaranın 30 rayonunda anti-terror əməliyyatı keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 108 nəfər saxlanılıb. Onlara Fətullahçı terror təşkilatı ilə əlaqə maddəsi ilə ittiham irəli sürülüb.
Saxlanılanlar sabiq polis əməkdaşlarıdır.