İtaliyanın ən təhlükəli mafiyasının başçısı sayılan Salvador (Toto) Riina dünyasını dəyişib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, "Koza Nostra” mafiyasının başçılarından biri olan 87 yaşlı Riina Parmadakı xəstəxanada ölüb.
Onun 5 gün əvvəl keçirdiyi 2 əməliyyatdan sonra komaya düşdüyü bildirilir.
Qeyd edək ki, "Bəstəboy” ləqəbli Riina mafiya aləmində “bosların bosu” kimi tanınırdı.