27 Noyabr 2017 16:44
2 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi təbrizli araşdırmaçı-alim Əhmədrza Calalinin edam cəzasına məhkum edilməsi ilə bağlı İran hökumətinə nota verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlı alim “Düşmən ölkələrlə əməkdaşlıq etmək” ittihamı ilə edam cəzasına məhkum edilib, hazırda Tehranın Evin zindanında saxlanılır.

Almaniyanın “Heilbroner Stimme” qəzeti qeyd edib ki, verilən notada 46 yaşlı azərbaycanlı alimin “İsrail dövləti ilə əməkdaşlıq”da günahlandırılaraq, edam cəzasına məhkum edilməsinə kəskin etiraz edilib.

9 il öncə İsveçin Stokholm şəhərinə gedən Calali təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alıb, bundan sonra o, həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub. Tanınmış alim İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.


Müəllif: Samir

Oxşar xəbərlər