4 Dekabr 2017 11:43
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com