Saat 10:18
ABŞ-da həbsdə olan Cənubi azərbaycanlı iş adamı Rza Zərraba qarşı irəli sürülən casusluq ittiham çərçivəsində biznesmenin İstanbuldakı şirkətinin 7 əməkdaşı həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saxlanılanlardan 3-ü qadındır. Onların Zərrabın Türkiyədəki işlərini idarə etdikləri və bütün şirkət sirlərindən xəbərdar olduqları bildirilib.
İran əsilli Sara M., türk əsilli Nuray Y., Sinəm A., Reqaip A. və Mustafa H.-nın dindirildiyini qeyd edilib.
Türk polisinin hazırda həmin şəxslərin Zərrabla Votsap yazışmalarını müsadirə etdiyi deyilir.
***
Cənubi azərbaycanlı iş adamı Rza Zərrabla bağlı Türkiyədə başlanan araşdırmalar zamanı saxlanılanların sayı 17-ə çatıb.
Bununla bağlı İstanbul Baş Prokurorluğu məlumat yayıb.