ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və “Halkbank”ın keçmiş icraçı direktoru Hakan Atillanın məhkəmə prosesində birincinin 15 sentyabr 2016-cı ildə dayısı Əhəd Xabbazla telefon danışığının səs yazısı dinlənilib.
Teleqraf.com xəbər verir ki, R.Zərrab telefon danışğında dayısına yalan danışmaq məcburiyyətində olduğunu bildirib:
“ABŞ-da azadlığa çıxmaq üçün ya yalan danışmalısan, ya da etmədiyin cinayətləri boynuna almalısan. Əsas məsələ azadlığa çıxmaqdır”, deyə Zərrab bildirib.
Hazırda məhkəmə prosesi davam etdirilir.
Qeyd edək ki, korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında etibarən ABŞ-da həbsdə olan Zərrab hazərda prosesdə şahid qismində dindirilir.