20 Dekabr 2017 08:05
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Qərb dövlətləri üçün casusluq etməkdə şübhəli bilinən 60 yaşlı Norveç vətəndaşı həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Norveçin rəsmi NRK televiziyası məlumat yayıb. Rusiya Federal Təhlükəsizlik Bürosu (FTB) əməkdaşları tərəfindən saxlanılan əcnəbi donanmaya aid xəbərləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) ötürməkdə ittiham olunur.

Norveç Xarici İşlər Nazirliyi məlumatı təsdiqləsə də, ətraflı məlumat verməyib. Saxlanılan şəxs daha öncə Rusiya-Norveç sərhədində Qızıl Xaç Cəmiyyətində çalışıb.


Müəllif: Teleqraf.com