20 Dekabr 2017 14:51
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürdüstanında daxili vəziyyət gərginləşib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, maaşlarını ala bilməyən və ölkədə korrupsiyaya etiraz edənlər küçələrə axışıb.

Məlumatlara görə, aksiyalar zamanı toqquşmalar baş verib, nəticədə azı 5 nəfər ölüb, 63 nəfər yaralanıb.

Qeyd edək ki, 2014-cü ildə də oxşar olay baş vermişdi. O zaman maaşların verilməsi üçün İraq Kürdüstanı rəhbərliyi Türkiyədən yardım istəmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər