26 Dekabr 2017 13:59
4 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamentində edam hökmünün bərpası məsələsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müzakirələrə Müdafiə naziri Aviqdor Liberman da qatılıb.

Aviqdor Liberman edam hökmünün bərpasını dəstəkləyib. Nazir bildirib ki, edam cəzası ABŞ-da da var: “Bu səbəbdən İsrailin dünyadakı ən güclü demokratik sistemin ardınca getməsi məsləhət görülür”.

Qanunun İsrailə qarşı çıxan fələstinlilərə tətbiq edilməsi nəzərdə tutulur. Layihənin qəbulu üçün onun 3 mərhələdən keçməsi lazımdır.


Müəllif: Samir

Oxşar xəbərlər