30 Dekabr 2017 08:59

“Streetcap1” Yutub kanalının aparıcısı, tanınmış ufoloq, konspiroloq və virtual arxeoloq Corc Qrehem Ayda çəkilmiş fotolarda növbəti heyrətamiz anomaliya tapdığını iddia edib.

Teleqraf.com xəbər verir ki, mütəxəssis Çin avtomatik planetlərarası “Çanye-3” stansiyasının göndərdiyi fotoları gözdən keçirərkən kadrlardan birində kosmik gəmini xatırladan iri obyekti müşahidə edib.

İnsanların birmənalı olaraq belə uçan aparat yarada bilmədiyini əsas götürən ufoloq bildirib ki, obyektin yadplanetlilərə məxsus olmasını deməkdən başqa çarə qalmır:

“Bilmirəm ki, bu obyektə başqa nə ad vermək olar. Onun detallarına diqqətlə baxın. Foto üzərində qətiyyən işləməmişəm, nə işığın parlaqlığını, nə rəngini, nə kontrastını dəyişmişəm. Çin stansiyasından alınan şəkil necə var, elə təqdim etmişəm. Ancaq məni heyrətləndirən Ayda, ya Marsda şüurlu varlıqlara məxsus bu cür obyektin müşahidə edilməsi deyil. Bunları hamı bilir. Sadəcə, inanmağım gəlmir ki, bunu məndən qabaq kimsə müşahidə etməyib. Yəni doğrudanmı çinli mütəxəssislər öz çəkdikləri kadrlarda Ayın fonunda aydın seçilən bu obyekti görməyiblər? NASA alimləri də heç şübhəsiz öz həmkarlarının bu tapıntısını öyrənməli idilər...” – ufoloq qeyd edib.

Videonu təqdim edirik.


Müəllif: Alpər
Загрузка...