2017-ci ilin ikinci hissəsinə olan vəziyyətə görə, xaricdə 200 minə yaxın Ermənistan vətəndaşı yaşayır.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu ermənistanlı demoqraf Ruben Yeqanyan deyib.
Aparılan araşdırmalara əsasən, son Ermənistanda 3-4 il ərzində ailələrin 35 faizdən çoxunun üzvləri miqrasiya proseslərində iştirak edib.
2016-cı ildə Ermənistanı 37 500 nəfər, 2017-ci ildə 40 mində çox şəxs tərk edib.