Rusiyada yolda tanış olduğu oğlanla avtomobildə cinsi əlaqədə olan 15 yaşlı qız zəhərli qazdan ölüb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Alyona Styuxina 22 yaşlı Artyom Doroqovla tanış olaraq onunla avtomobildə cinsi əlaqədə olub. İçərinin isti olmasını təmin etmək üçün oğlan avtomobilin mühərrikini işlək vəziyyətə gətirib.
Avtomobilin salonuna daxil olan zəhərli qaz Alyonanın bayılmasına səbəb olub. Artyom dərhal təcili yardım xidmətinə zəng etsə də, həkimlər gələnə qədər qız ölüb.
Azyaşlı ilə cinsi əlaqədə olduğu üçün A.Doroqova qarşı cinayət işi açılıb.