Bu gün İranın İraqla sərhədi yaxınlığında Kirmanşah vilayətində baş vermiş 5,1 bal gücündə zəlzələdə xəsarət alanların sayı 51 nəfərə çatıb.
Teleqraf.com Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.