Dünyaca məşhur kompüter oyunu “Counter-Strike”ın yaradıcılarından biri saxlanılıb.
Teelqraf.com xarici mediaya istinadla xəbər verir ki, saxlanılan 36 yaşlı Cess Kliffə qarşı azyaşlını cinsi istismar maddəsi ilə ittiham irəli sürülüb.
Məlumatlara görə, o, ABŞ-ın Sietl şəhərində yaxalanıb.
Qeyd edək ki, Kliff “Counter-Strike” oyununu 1999-cu ildə proqramçı Min Li ilə birlikdə yaradıb.