7 Fevral 2018 10:35
3 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:18

KİV-lərdə Azərbaycan Texniki Universitetinin tələbəsi kimi təqdim olunan Əsədov Xalid Şücaət oğlunun bizim universitetlə heç bir əlaqəsi yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev deyib.

Onun sözlərinə görə, Xalid həmin universitetin tələbəsi deyil:

“Heç idman klubumuzun üzvü də deyil. Bundan əlavə, yaralanma hadisəsinin AzTU-nun idman sarayında baş verməsi iddiası da əsassızdır. Bizim İdman sarayımızda belə bir hadisə baş verməyib. Bütün hallarda yaralanan gəncə tez sağalmasını arzu edirik”.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində (AzTU) tələbənin boyun nahiyəsindən kəsilmiş xəsarətlər alması bardə məlumat yayılmışdı. Məlumata görə, hadisə ötən gün dərs saatında baş verib. 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib. Bu zaman tələbənin əlindəki küt dəmir alət onun boynuna dəyib. Tələbə boynunun ön səthinin əzilmiş və kəsilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər