Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin daha bir əsgəri ölüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
1998-ci il təvəllüdlü əsgər Qrigor Yeqoyanın müəmmalı şəkildə öldüyü bildirilir.
Hadisənin təfərrüatları araşdırılır.