28 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Soçi şəhərində azyaşlı qızı öldürüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, istintaqa cəlb edilən gənc əməlini etiraf edib.
Onun sözlərinə görə, azyaşlı özünü pis apardığı üçün onu döyüb və yataq otağındakı yerinə uzadıb. Səhər isə azyaşlının öldüyünü görüb və onu yaxınlıqdakı çaya atıb. Qonşulara isə azyaşlının itkin düşdüyünü deyib.
Qətli törətməkdə təqsirli bilinən şəxs həbs edilib. Faktla bağlı araşdırmalar davam edir.