22 Mart 2018 23:39
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda 38 yaşlı kişini çaqqal dişləyib.

Teleqraf.com xəbər verir ki, martın 22-si axşam saatlarında rayonun İbaxlı kənd sakini, 1980-cı il təvəllüdlü Xəlil Məhyəddin oğlu Vəliyev sağ qolun bilək nahiyəsinin dişləmə xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı Xəlil Vəliyevi yaşadığı ünvanda çaqqal dişlədiyi məlum olub.

Xəlil Vəliyev yaşadığı ünvanda yerləşdirdiyi tələyə çaqqal düşüb. Çaqqalı tələdən azad etmək istəyən zaman yırtıcı onun biləyini dişləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər