11 Aprel 2018 16:00
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb.

Yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.

Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır./APA/

***

Bu gün saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib. O qeyd edib ki, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür.

Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb.

ETSN-dən APA-ya bildirilib ki, yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb. Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.


Müəllif: Teleqraf.com