11 Avqust 2014 11:29
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni, siyasətçi Aqil Səmədbəyli Türkiyənin yeni ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik edib.

Teleqraf.com-un məlumatına görə, A.Səmədbəyli bu barədə özünün facebook səhifəsində yazıb: “Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan! Sizi Sizi Türk və İslam aləminin ulduzu olan Türkiyəmizin 12-ci prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm! Siz 9 seçkini ard-arda udaraq Türkiyə siyasi tarixinə önəmli imza atdınız. Ümid edirəm ki, bu uğurunuz Türkiyənin Türk dünyası ilə bütövləşməsinə, məzlum xalqların xoş günlərə qovuşmasına öz təsirini göstərəcək.

Türkiyədəki seçkilər Azərbaycan xalqı tərəfindən diqqətlə və həyəcanla izlənib, keçirilən seçkilərin ədalətli olması xüsusi sevinclə qarşılanıb. İnanıram ki, hər zaman olduğu kimi Azərbaycanın yanında olacaqsınız. Sizə uğurlar diləyir, can Türkiyəmiz üçün xeyirli olsun deyirəm”.

Kəmalə


Müəllif: