3 İyun 2018 14:23
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Tkibuli əyalətində fəaliyyət göstərən mədəndə iki nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, gömür mədənində vəfat edən şəxslərin cəsədləri tibbi araşdırmadan keçirilib və onların hava çatışmazlığı səbəbindən vəfat etdiyi ortaya çıxıb.

Hadisə ortaya çıxdıqdan sonra Daxili İşlər Nazirliyi cinayət işi açaraq araşdırmaya qərar verib. Mədənin özəl şirkət tərəfindən işləndiyi qeyd olunur. Lakin mədəndə və ətrafda təhlükəsizlik şərtlərini pozması səbəbindən şirkət rəhbərliyinin həbs olunması ehtimalı yaranıb.

Qeyd edək ki, aprelin 5-də Tkibuli ərazisində bir başqa gömür mədənində meydana gələn problem səbəbindən 6 mədən işçisi vəfat edib.


Müəllif: Cavad

Oxşar xəbərlər