15 İyun 2018 16:12
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb.

Qəza zamanı avtomobildə olan 3 nəfər - 1998-ci i təvəllüdlü Pərvin Nəsibov və onun həmyaşıdları Kamil Nuriyev və Ülvi Mansurov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com