29 İyun 2018 10:39
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyunun 26-da Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı oteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S. K. olduğu aydınlaşıb.

“Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər