15 Avqust 2018 15:42
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 14-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Azər Həşimova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

Teleqraf.com DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Hacıbalayev avtomobili qaçırdıqdan sonra şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub və nəticədə xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com