17 Avqust 2018 13:06
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 16-da saat 23 radələrində İsmayıllı rayonunun Xəlilli kəndi ərazisində Bakı şəhər sakini Fəxrəddin Ağayev idarə etdiyi “Mazda” markalı avtomobili aşırıb. Nəticədə F.Ağayevin sərnişini, arvadı Qızbəs hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com