18 Avqust 2018 21:43
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Şəkər zavodu yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə motosikiletin toqquşması nəticəsində, motosikldə olan İmişli sakinləri, 1975-ci il təvəllüdlü Səfərov Elşən Tahir oğlu və 1986-cı il təvəllüdlü Zərbəliyev Fərman Alisiyavər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Müəllif: Teleqraf.com