12 Oktyabr 2018 10:22
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb.

Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib.


Müəllif: Aytən

Oxşar xəbərlər