20 Oktyabr 2018 15:24
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Süleyman Nəbiyev vurulub.

Nəticədə o, hadisə yerində ölüb.

Bundan başqa, Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.


Müəllif: Hacı Zeynalov