1 Noyabr 2018 11:48
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının bir qadın tərəfindən oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər.

Görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər