20 Noyabr 2018 13:34
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Giləzi qəsəbəsi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Vüqar Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə Şamil Ələkbərov və sərnişinlərindən İsmayıllı rayon sakini Leyla Mustafazadə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov