21 Noyabr 2018 09:10
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 2 otaqlı mənzildə yanğın baş verib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Aytən