11 Dekabr 2018 11:53
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Hababam Sınıfı”nın aktyoru Tayfun Akalın vəfat edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə həmin filmin digər aktyoru Teoman Ayık xəbər verib.

Bildirilib ki, T.Akalın qəzaya düşərək Ümraniye Dövlət Xəstəxanasına aparılıb.

Reanimasiyada olan aktyorun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Aygül Qarayeva