Bu gün saat 15:30 radələrində Ermənistanın Sünik vilayətinin İrəvan-Meğri yolunun 75-ci km-də "Opel" markalı avtomobillə "Scania" markalı avtobus toqquşub.
Teleqraf.com "Ordu.az"a istinadən xəbər verir ki, hadisə yerində 3 nəfər ölüb, bir neçə yaralı isə Sisian şəhərinin Ağitudakı hərbi hospitalına yerləşdirilib.
Hazırda hadisə yerinə cəlb edilən polis orqanları sürücülərin, ölən və yaralıların kimliyini dəqiqləşdirir. Hadisənin yolun buz bağlaması səbəbindən baş verdiyi qeyd olunur.
Ermənistan Müdafiə Nazirliyi qəza nəticəsində ölən və ya yaralananların hərbi qulluqçu olub-olmaması ilə bağlı məlumat yaymayıb.