21 Dekabr 2018 00:34
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Zuqdidi şəhərindəyerləşən “Tural Group” adlı Azərbaycan şirkətinə məxsus fındıq fabrikinə silahlı basqın olub.

Saat 22:00 radələrində üç maskalı şəxs fabrik binasına basqın edərək, 50 min lari məbləğində pul oğurlayıb.

Şirkətin meneceri Maya Mikava bildirib ki, basqınçılar fabrik əməkdaşını döyüblər və o, xəstəxanaya çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyifındıq fabrikindən oğurluq olması faktını təsdiqləyib. Faktla bağlı istintaqa başlanılıb.

Qeyd edək ki, “Tural Group” şirkətinə məxsus fındıq fabriki Zuqdididə ən iri müəssisələrdən biridir. Şirkət 2016-cı ildə qeydiyyata alınıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər