Bakı metrosunda qadına qarşı cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, fevralın 19-da metronun “28 May” stansiyasının platformasında bir nəfər Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib, mobil telefonunu ondan alıb.
Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Əbilzadə saxlanılıb.