Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Nissan” markalı minik avtomobilinin sürücüsü, 1947-ci il təvəllüdlü Ağayev Adışirin Astan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə zamanı 6 nəfər yaralanıb. Onlar Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.