10 Aprel 2019 13:05
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeronda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan rosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Murad Qocayev 4 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən ilin aprelinində Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

2000-ci il təvəllüdlü Murad Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Murad Qocayev hərbi xidmətə yollanıb və o, "N" saylı hərbi hissədə həbs edilib.

Murad Qocayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Murad Qocayev kikboksinq idman növü ilə məşğul olub, bir neçə il bundan əvvəl Azərbaycan çempionu adını qazanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər