Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektindəki binada baş verən yanğın hadisəsi araşdırılır. Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayırlar”.
Bunu jurnalistlərə açıqlamasında hadisə yerinə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, məcburi köçkünlər dövlətin tikdiyi evlərə növbə ilə köçürülürlər: “İnşa edilən binalara ilk növbədə ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcəklər. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ciddi şəkildə işlər aparır. Daha çox ehtiyacı olan kateqoriyalı köçkünlər inşa olunan evlərlə təmin ediləcək. Hədəfimiz isə ondan ibarətdir ki, bütün məcburi köçkünlər evlərlə təmin olunsunlar. Bu binada təhlükəsizlik problemləri mövcuddur. Binanın cəmi bir çıxışı var. Biz mümkün olan bütün tədbirləri həyata keçirəcəyik. Bu binadakı sakinlər müvəqqəti olaraq yerləşdiriləcəklər”.
***
Baş nazirin müavini Əli Əhmədov "Azərsutikinti" xəstəxanasında məskunlaşan məcburi köçkünlərin müvəqqəti olaraq evlərlə təmin olunması üçün göstəriş verib.
Baş nazirin müavini bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Nizami Rayon İcra Hakimiyyətinin başçısına tapşırıq verib.
Qeyd edilib ki, yanğından zərər çəkən məcburi köçkünlər müvəqqəti evlərlə təmin olunacaq.
***
14:20
Baş nazirin müavini Əli Əhmədov yanğın baş verən əraziyə - məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunun qarşısına gəlib.
O, yanğın baş verən binanın içərisinə baxış keçirib./report/